Mədəniyyət sarayından 28 min manatlıq oğurluq edilib
    • 23-03-2021, 12:22
    • 238

Mədəniyyət sarayından 28 min manatlıq oğurluq edilib

Bakıda Mədəniyyət sarayından oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28 000 manat dəyərində musiqi avadanlığı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.