Bakıda 11 evdən 31 min manatlıq oğurluq edildi
    • 3-02-2021, 11:44
    • 521

Bakıda 11 evdən 31 min manatlıq oğurluq edildi

Bakıda 11 evdə oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 11 evdən ümumilikdə 11 170 manat pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.