-
- 25-03-2021, 16:51
- 986
Deputatdan separatçıların qərarına reaksiya: “Onları BÖYÜK FACİƏ gözləyir”
Qondarma Dağlıq Qarabağ rejimi rus dilini rəsmi dil elan edib. Bu barədə Rusiyanın "RİA Novosti" agentliyi bildirib. Xəbərə görə, sözügedən məsələ ilə bağlı qondarma DQR "parlamenti" qərar qəbul edib.
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Qarabağda hansısa formada dövlət müəssisəsi və ya qurum yoxdur: “Onların kiminsə adından özlərinə uydurma sənəd qəbul etməsinin hüquqi əhəmiyyəti sıfırdır. Bu tendensiyanın davam etməsi Azərbaycana əsas verir ki, Qarabağda toplaşmış terrorçulara qarşı ən kəskin addımlar atsın. Onlar özlərinin seperatçı varlığını göstərmək üçün belə bir addım atıblar. Qondarma DQR "parlamenti"nin bu addımı mənasızdır. Azərbaycan növbəti zərbəsi ilə başa salacaq ki, humanistlikdən bu cür istifadə etmək olmaz. Ən ağıllı yol o idi ki, müəyyən məsələlərin həllində Azərbaycanla ortaq nöqtəyə gəlsinlər. Təəssüf ki, bu yoldan üz çevirdilər. Buna görə də, daha böyük faciələr yaşayacaqlar”.
Siyasət şöbəsi