Separatçıların rus dili qərarı - POLİTOLOQDAN XİN-ə İRAD
    • 26-03-2021, 12:36
    • 464

Separatçıların rus dili qərarı - POLİTOLOQDAN XİN-ə İRAD

“Erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Aydındır ki, separatçılar bu qərarı Moskvaya xoş gəlmək və Rusiyaya nökərçiliyi davam etdirmək üçün veriblər”.

Bunu News24.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: “Azəbaycan Xarici İşlər Nazirlyinin bəyanatını gözləyirik. Bəyanatın mətnini hazırlamaqda çətinlik çəkirsinizsə, Prezident İlham Əliyevin fevralın 26-da bu mövzuyla bağlı açıqlamasına istinad edin: “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! “Arsax” dövləti olmayıb və olmayacaq da! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!” Bu sözlərin hər dəfə təkrarlanmasına, bəyanatların verilməsinə ehtiyac var ki, bunu həm İrəvanda, həm də Moskvada duysunlar!”.

Siyasət şöbəsi