-
- 26-03-2021, 17:47
- 580
Ermənistan Rusiyadan, soyqırımı və ərazi iddialarından imtina edir? - ŞƏRH
Hazırda Ermənistan siyasi dairələrində müzakirə olunan məsələlərdən biri də bu ölkənin tamamilə Rusiyanın təsir dairəsindən çıxması, Qərb yönlü siyasətə üstünlük verməsidir. Bəzi erməni analitiklər hesab edirlər ki, Ermənistan bunun üçün Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməli və Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır. Bəs, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması, ən əsası, ərazi və soyqırımı iddialarından imtina edib, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurması nə dərəcədə mümkündür?
Bu suala cavab tapmazdan öncə Ermənistanın "Politik" nəşrində dərc olunan məqalədədəki fikirlərə diqqət edək:
"Ermənistan gec-tez Rusiyanın təsir dairəsindən çıxacaq və xarici siyasət, geopolitikada Qərbyönlü istiqamətə üstünlük verəcək".
Məqalənin müəllifi bildirir ki, Qərbyönlü siyasət eyni zamanda NATO deməkdir, NATO-nu isə Cənubi Qafqazda Türkiyə təmsil edir.
Erməni nəşri hesab edir ki, Rusiyanın təsir dairəsindən çıxmaq Türkiyə ilə münasibətlərə yenidən baxmaq, Qarabağla bağlı iddialardan, son nəticədə Zəngəzurdan tamamilə imtina etmək deməkdir. Müəllifin fikrincə, Ermənistan öz dövlətçiliyini qorumaq üçün bu addıma getməlidir. Çünki onun başqa yolu yoxdur.
"Bu gün heç bir dövlət Gürcüstana bir söz deyə bilmir. Çünki onun arxasında Qərb dayanır. Qərb Qara dənizdə Rusiyaya problemlər yaratmaq üçün Gürcüstana ehtiyac duyur. Ermənistanın isə belə bir dənizi yoxdur. Ona görə də Qərbi yalnız İrəvanın anti-İran siyasəti maraqlandıra bilər", - deyə məqalənin müəllifi vurğulayır.
News24.az-a bu haqda açıqlama verən rusiyalı politoloq Oleq Kuznetsov hesab edir ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi və soyqırımı iddialarından əl çəkməsi o qədər də asan məsələ deyil:
"Osmanlı İmperiyasında erməni soyqırımı mövzusu artıq bütöv bir əsr ərzində dominantdır və müasir Ermənistanın milli ideyasının mərkəzində dayanır. Faktiki olaraq deyə bilərik ki, ermənilərin minimum 3, maksimum 5 nəsli bu ideya əsasında tərbiyə edilib. Bundan çıxış edərək, tamamilə qəti şəkildə erməni milli özünüdərkinin bu dominant ideologiyasının ana südü ilə hər bir erməninin canına-qanına keçdiyini təsdiq edə bilərik. Ona görə də 120 il bundan əvvəl Osmanlıda baş verən hadisələrilə bağlı təsəvvürləri dəyişmək hazırda fiziki olaraq, mümkün deyil".
Kuznetsovun sözlərinə görə, qondarma erməni soyqırımı ideyası ilə şikəst edilməyən ən azı 1, ən yaxşı halda isə 2 erməni nəsli tərbiyə etmək lazımdır. Yanlız bundan sonra Osmanlı İmperiyasında erməni soyqirimi ideologiyası aradan qalxa bilər: "Hazırda Ermənistan cəmiyyətində belə proqressiv, pozitiv qüvvələrin olduğunu və onların bu ideyadan imtina edəcəyini düşünmək, sadəcə olaraq, mümkün deyil. Bu xalqın ideoloji zombiləşdirilməsi həddin artıq uzun müddət davam edib. Bu, Ermənistanda yaşayanlara da, onun diasporuna da aiddir. Bu şəraitdə Ermənistanın daxili siyasi həyatına yeni insanlar gəldiyinə, onların Osmanlı imperiyasında erməni soyqırımı ideyasından, ərazi iddialarından, "Dənizdən dənizə Ermənistan" ideyasından, yəni guya Xəzər, Qara dəniz və Aralıq dənizi sahillərinədək uzanacaq Ermənistan ideyasından imtina edəcəyinə ümid etmək lazım deyil".
Ekspertlər hesab edirlər ki, hazırda müasir Ermənistan siyasətçiləri yalnız güc yolu ilə məcbur ediləcəkləri güzəştlərə hazırdırlar. Onların sağlam fikir, tarixi ədalət, mehriban qonşuluq əlaqələri naminə könüllü şəkildə hansısa ideologiyadan, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ərazi, soyqırımı və digər iddialardan əl çəkəcəkləri gözlənilən deyil.
Siyasət şöbəsi