-
- 30-03-2021, 10:31
- 502
"AstraZeneca"nın adı dəyişdi - SƏBƏB
İngiltərə-İsveç şirkətinin COVID-19-a qarşı vaksini "AstraZeneca"nın adı dəyişdirilib.
News24.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi məlumat yayıb. Bildirilib ki, 25 çart tarixində vaksinə Vaxzevria adı verilib.
İsveç Sağlamlıq Məhsulları Agentliyinin portalında başqa dəyişikliyin edilmədiyi, lakin peyvənd edən həkimlərin yenilikdən mütləq xəbərdar olmaları vurğulanıb. Vaksinin etiketinin, qablaşdırılmasının və peyvənd haqda məlumatın fərqli görünə bilər.
Qeyd edək ki, ad dəyişikliyi mart ayında peyvənd olunan insanlarda təhlükəli fəsadların yaranması xəbərləri fonunda baş verib.
Avstriyada vaksin olunan şəxsə çoxlu tromboz diaqnozu qoyulub və ilk doza vurulduqdan on gün sonra ölüb.
Digər şəxs isə ağciyər emboliyası ilə xəstəxanaya yerləşdirilib. Daha sonra oxşar məlumatlar digər Avropa ölkələrindən gəlməyə başlayıb.
Bəzi Aİ ölkələri ehtiyat tədbiri olaraq vaksinin istifadəsini dayandırmağa qərar verib.