"Dörd il bu dərmanı atmalıyam, yoxsa..." - RÖYA AĞIR XƏSTƏLİYƏ TUTULUB? - VİDEO
    • 11-04-2021, 16:27
    • 537

"Dörd il bu dərmanı atmalıyam, yoxsa..." - RÖYA AĞIR XƏSTƏLİYƏ TUTULUB? - VİDEO

"Müalicə alıram. Dörd il davamlı dərman içməliyəm, qadın xəstəliyidir, həll etməyə çalışıram. Həyatımda bir oğlum, bir də o dərman var. Dərmanımı bir gün atmasam,  7-8 gün müalicə olunmalıyam. O üzdən də həmin dərmanı vaxtında qəbul etməliyəm".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasında deyib. O, söhbət əsnasında həmkarlarından da danışıb. İlk olaraq müğənni İradə İbrahimovadan söz açıb: "İnsanları olduğu kimi qəbul etdikdən sonra onları sevməyə başladım. İradə ilə yaxından tanış olandan sonra anladım ki, biz dost ola bilərik. Düşünürəm ki, gələcəkdə iki çox yaxşı anlaşan həmkar, qadın olacağıq. Hətta duetimiz belə olacaq".

R. Ayxan daha sonra küsülü olduğu Nigar Camaldan da bəhs edib: "Dəli qızdır. İnsan ondan heç küsə də bilmir. Bir dəfə konsertlərin birində görüşdük, barışdıq. Yəqin ki, o müddət ərzində arxamca bir iş çevirməyib. Çünki mən gözəl küsülülüyü sevirəm".

Xalq artisti son zamanlar qalmaqallı açıqlamaları ilə gündəmə gələn Səidə Sultandan da söz açıb: "Aramızdakı problem nədir, inanın, mən də bilmirəm. Hələ də araşdırıram, amma tapa bilmirəm. Daima dəstəklədiyim, yanında olduğum xanım olub. Hər zaman onu və ailəsini çox istəmişəm. Yəqin nə vaxtsa bu söhbətin üstü açılar, amma mən tərəfdən həmişə reaksiya sıfır olacaq".

Müğənni həmkarı Natavan Həbibini də yada salıb: "Çox çılğındır. Məndən yaşça böyük olmasına baxmayaraq, elə bil hələ də böyüməyib. Allah ürəyinə sevgi və mərhəmət bəxş etsin. Bu küsməkləri yığışdırsın. Belə həyatla hara gedib çıxacaq? Sağlam övladı, gözəl həyatı var. Əgər problem varsa, onu başqalarında axtarma, çalış, həll et. Bizim indi elə yaşımız var ki, oturub dərdləşməliyik".