"Yiyələri gəlib onları burdan aparsın" - RƏQSANƏ QADIN MÜĞƏNNİLƏRİ RÜSVAY ETDİ - VİDEO
    • 12-04-2021, 12:59
    • 472

"Yiyələri gəlib onları burdan aparsın" - RƏQSANƏ QADIN MÜĞƏNNİLƏRİ RÜSVAY ETDİ - VİDEO

Müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gələn xanım müğənniləri sərt tənqid edib.

News24.az xəbər verir ki, ifaçı "İnstagram"da canlı yayım açaraq onlara sözünü deyib: "Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Utanıram, vallah utanıram. Rusiyaya toya gələn müğənnilər və musiqiçilər bizi biabır edir. Toy üstündə qırğın salırlar. Özünüzü gözdən salmayın. Məclisə girirəm, qadın müğənnilərimiz damaqlarında siqaret kişilərlə otururlar. Utanıram. Toydan sonra evinizə gedin, başqa yerə yox. Daha musiqiçilərlə, toy sahibinin qohumları ilə pis işlər görməyin. Moskva böyük şəhərdir, amma yenə də kimin nə etdiyi bəlli olur. Restoran sahibiyəm, musiqiçilərlə işləyirəm. Kimin nə etməyindən xəbərim olur. Sizə görə bizə də pis gözlə baxırlar, hörmət etmirlər. Özünüzə hörmət qoyun. Düzdür, səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiniz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır".