Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi - VİDEO
    • 27-10-2018, 14:32
    • 755

Gözəllik müsabiqəsinin qalibi səhnədə huşunu itirdi - VİDEO

“Miss Grand International” gözəllik müsabiqəsinin paraqvaylı finalçısı Klara Sosa qalib elan edildikdən sonra huşunu itirib.
Onun yanında dayanan Hindistan nümayəndəsi Minakşi Çaudhari Klaranı tuta bilməyib.
Kadrlarda da görünür ki, qızlar bir-birlərinin əlindən tutaraq nəticənin elan olunmasını gözləyirlər. Aparıcı “Paraqvay” deyəndən sonra Sosa huşunu itirərək yerə yıxılır.
Bir müddət sonra Klara özünə gəlib və tacı başına qoyub.