Mehriban Əliyeva:
    • 14-10-2019, 10:13
    • 759

Mehriban Əliyeva: "Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir"

"Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi". 

News24.az xəbər verir ki, bu sözləri Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi instagram hesabında əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin vəfati ilə bağlı verdiyi başsağlında deyib: "Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi.

Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!"