"Bu, düşmənə növbəti zərbəmizdir" -  HƏRBİ QƏNİMƏTLƏR PARKINDAN VİDEOREPORTAJ - FOTOLAR
    • 21-04-2021, 12:26
    • 635

"Bu, düşmənə növbəti zərbəmizdir" - HƏRBİ QƏNİMƏTLƏR PARKINDAN VİDEOREPORTAJ - FOTOLAR

Burada Azərbaycanın zəfər tarixi canlanıb. Böyük Vətən savaşımızın ən şərəfli günlərinin, ən qürurlu anlarının möhtəşəmliyi nümayiş olunur. Söhbət Bakıda açılan "Hərbi Qənimətlər Parkı"ndan gedir.

Bu üzdən də böyükdən-kiçiyə hər kəs 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qənimətləri görüb tanış olmaq üçün tələsir. Burada 300-dən çox eksponat, 150-dən çox ağır texnika, tanklar və digər hərbi texnikalar nümayış olunur. Həmçinin açıq səma altındakı muzeydə yaradılan kazarmalarda, hərbi avtomobillərdə erməni hərbçilərinin fiqurları da sərgilənir. Onlar arasında ən çox diqqət çəkəni isə müharibə müddətində yayılan videolardakı real görüntülərin inkası olan məqamların canlandırılmasıdır. Erməni hərbçilərinin öz əsgərlərini döyüş meydanından qaçmaması üçün avtomobillərə zəncirləməsi, silah-sursatlarını savaş meydanında qoyub qaçmaları nümayiş olunur. Maraqlı və diqqətçəkən ekspozisiyalardan biri də erməni hərbçilərinin dəbilqələrinin asıldığı dəhlizdir. Bu, bir daha terrorçu xislətli düşmənin qorxaqlığından xəbər verir. 





Bu kimi bir çox maraqlı güşələrlə zəngin olan "Hərbi Qənimətlər Parkı"nda daha nələr var. Bu barədə News24.az-ın təqdim etdiyi süjetdən biləcəksiniz:

Müxbir: Sevda Bayramova

VİDEO: Hüseyn Həsənov
FOTO: Teymur Məmmədov