Adil Qeybulla: “Onlar dövlətə xəyanət ediblər”
    • 22-04-2021, 13:31
    • 427

Adil Qeybulla: “Onlar dövlətə xəyanət ediblər”

Bu gün “Yeni klinika”nın direktoru Abbasov Pərviz, FHN-in Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov korrupsiya hallarına yol verdikləri üçün həbs edilib.


Tibbi ekspert Adil Qeybulla
məsələni News24.az-a şərh edib: “Həbslərə əsas olduğunu düşünürəm. Azərbaycanın müharibədən sonrakı vəziyyətini və pandemiyanı nəzər alsaq, rüşvət halları dövlətə bir xəyanətdir. Bu məsələlərin araşdırılması çox vacibdir. Yəqin ki, araşdırmalar davam edəcək”.

Məhərrəm ƏLİYEV