Türkiyədə Baydenin “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul edildi
    • 27-04-2021, 19:17
    • 438

Türkiyədə Baydenin “soyqırımı” ifadəsinə qarşı bəyanat qəbul edildi

Türkiyədə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasi ilə bağlı bəyanat qəbul olunub.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bəyanat Böyük Millət Məclisində sərt şəkildə qınanılıb.

Bəyanatda deyilir: 

"Türkiyə Böyük Millət Məclisi olaraq ABŞ prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli açıqlamasında erməni lobbilərinin 1915 hadisələri ilə bağlı iddialarını mənimsəməsini qınayır, bu əsassız böhtanları, tarixin siyasi motivlərlə təhrif edilməsini qətiyyətlə rədd edirik. Tarixi məsələləri mühakimə etmək üçün qanuni və mənəvi cəhətdən səlahiyyətli olmayan ABŞ prezidentinin bu açıqlaması bizim fikrimizcə etibarsızdır. Osmanlı Dövlətinin türk və erməni xalqları üçün faciəvi nəticələrə səbəb olan Birinci Dünya Müharibəsi hadisələrindən 106 il sonra, bu cür məsuliyyətsiz açıqlamanın səbəbi dəyişən tarixi sənədlər və ya beynəlxalq hüquq normaları deyil, radikal erməni lobbilərinin təzyiqə tabe olmalarıdır.  Tarixi həqiqətlərlə bir araya sığmayan bu açıqlama xalqlar arasında yaxınlaşmağa heç bir kömək etməyən ağılsız və məsuliyyətsiz bir addımdır".