"Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız" - NADİR QAFARZADƏ
    • 28-04-2021, 10:52
    • 394

"Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız" - NADİR QAFARZADƏ

Müğənni Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı status müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, ifaçı onu tənqid edənlərə cavab verib: "Baloğlan Əşrəfov barədə yazdığım status niyə bu qədər qloballaşdı? Niyə cənnətə düşməyək? "Cənnətlik" sözüm sizin niyə gözünüzə dəydi? Yazmışam ki, siz cənnətə düşün, biz də arxanızca gələk. Bunu düşünmək, anlamaq çox çətindirsə, sizə cənnət qismət olmasın. Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş.Gedin, düşünün ki, kimsiz siz? "Çuşka"lar, "qıjı"lar... Bəli, bu adlar sizə aiddir. Bunu bəzi şərh yazanlara aid edirəm. Allah ölənlərə rəhmət etsin. Başlarını götürüb dırnaqarası azərbaycanlıların əlindən getdilər. Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız. Sizin işiniz, gücünüz budur".