"Oktyabrın əvvəlində müharibənin necə nəticələnəcəyi mənə məlum idi" - Arutunyandan ETİRAF
    • 28-04-2021, 12:25
    • 371

"Oktyabrın əvvəlində müharibənin necə nəticələnəcəyi mənə məlum idi" - Arutunyandan ETİRAF

"Müharibənin necə nəticələnəcəyi 2020-ci ilin oktyabr ayının əvvəlində mənə məlum idi. Ancaq Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı fikir birliyinə gələ bilmədilər".

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində əvvəllər mövcud olmuş separatçı rejimin rəhbəri Arayik Arutyunyan deyib. O bildirib ki, həmin günlərdə Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin dayandırılmasını xəyanət hesab edirdilər.