Myanmada hərbi hava qüvvələri bazasında partlayış - 6 ƏSGƏR ÖLDÜ
    • 29-04-2021, 11:21
    • 326

Myanmada hərbi hava qüvvələri bazasında partlayış - 6 ƏSGƏR ÖLDÜ

Myanmada hava qüvvələri bazasında səhər saatlarında 3 partlayış olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzi hissəsindəki Maaq bölgəsində baş verib. Yerli sakinlərin verdiyi məlumata görə, partlayış nəticəsində altı əsgər ölüb. 

Partlayışlardan sonra Maaq rayonunun bütün giriş-çıxışları polis və hərbçilər tərəfindən bağlanıb. Sürücülərin sənədlərinin yoxlanılması davam edir.

Yoxlama üçün dayanmaqdan imtina edən sürücülərə polis və hərbi qulluqçular atəş açırlar.