Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir - İçərisində nişasta var
    • 30-10-2018, 10:45
    • 750

Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir - İçərisində nişasta var

Rusiyanın İstehlakçılar İttifaqının Ekspert Şurası "Roskontrol" satışda olan kəsmiklərin tərkibini laborator təhlil edib.

Laborator analizlərə "Ostankinskoye", "Milava", "Domik v derevne", "Prostokvaşina", "Dmitrovskiq moloçnıy zavod" kəsmikləri daxil edilib.

Mütəxəssislər kəsmikləri 50 parametrinə görə təhlil ediblər.

Məlumata görə, nümunələrin heç birində mütəxəssislər sağlamlıq üçün ziyanlı maddə aşkar etməyiblər. Lakin yalniz "Ostankinskoye" kəsmiyindən başqa, bütün kəsmiklərdə nişasta olduğu müəyyən edilib. Hərçənd bəzi ərzaq məhsullarında nişasta əlavəsinin olması normal olduğu halda, təsdiq olunmuş standarta görə, kəsmiklərdə nişasta olmağına icazə verilmir. Nişasta kəsmiyin qatı və möhkəm qalması üçün əlavə edilir.

Nişasta məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.

//Trend.az