Bəşər Əsəd ölkədə ümumi əfv fərmanı imzaladı
    • 2-05-2021, 17:22
    • 444

Bəşər Əsəd ölkədə ümumi əfv fərmanı imzaladı

Suriya prezidenti Bəşər Əsəd ölkədə ümumi əfv fərmanı imzalayıb. 

News24.az xəbər verir ki, bu barədə Bəsər Əsədin mətbuat xidməti məlumat yayıb. Əfv fərmanı bu ilin 2 may tarixinə qədər töərdilən cinayətlərə şamil edilib. 

Fərmana görə, aministiyadan rüşvət, rəsmi sənədlərin saxtalaşdırılması, narkotik maddələrin satışı, habelə yetkinlik yaşına çatmayanlar yararlana biləcək .

Fərman bəzi hallarda cəzanın yüngülləşdirilməsini nəzərdə tutur. Məsələn, ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz olunacaq. Ömürlük həbs cəzasına məhkum olanların cəzası 20 ilə endiriləcək.

Amnistiya insan itkisi ilə nəticələnən silah qaçaqmalçılığı, vətənə xəyanət, casusluq və terrorizm ittihamı ilə mühakimə olunanlara şamil edilməyəcək.
Fərmana görə, polisdən gizlənənlər, səlahiyyətlilərə təslim olduqları təqdirdə amnistiyaya da ümid edə bilərlər.