Ermənistan prezidentinə ikili vətəndaşlığına görə cinayət işi açıldı
    • 3-05-2021, 15:17
    • 324

Ermənistan prezidentinə ikili vətəndaşlığına görə cinayət işi açıldı

Ermənistanın Baş Prokurorluğu prezident Armen Sarkisya qarşı ikili vətəndaşlıq faktının gizlədilməsi ilə əlaqədar cinayət işi açıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zohrabyan "Facebook" səhifəsində məlumat verib. Bildirilib ki, cinayət iş 325-ci maddəsinin 1-ci bəndinə əsasən (sənədlərin saxtalaşdırılması, icrası və ya istifadəsi) başladılıb. 

Qeyd edək ki, Armen Sarkisyan azı 10 il İngiltərə vətəndaşlığına sahib olub və 2018-ci ildə Ermənistan qanunlarını pozaraq prezident seçilib.  Ölkə konstitusiyaya görə altı il daimi Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.