Latviya parlamenti "erməni soyqırımı" ilə bağlı qətnaməni RƏDD ETDİ
    • 5-05-2021, 22:44
    • 429

Latviya parlamenti "erməni soyqırımı" ilə bağlı qətnaməni RƏDD ETDİ

Latviya parlamentinin xüsusi komitəsi Osmanlı İmperiyası dövründə "erməni soyqırımı"nın tanınması barədə qətnaməni rədd edib. 

News24.az xəbər verir ki, səsvermədə xüsusi komitənin doqquz üzvündən biri qətnamənin əleyhinə səs verib, dörd nəfər bitərəf qalıb. Nəticədə sənəd qəbul edilməyib. 

Eyni zamanda qətnamə layihəsinə yenidən baxılacağı qeyd olunur. Müzakirə üçün yeni tarix 6 may təyin olunub.