Bu tələbələrin təhsil haqlarının ödənilməsinə başlanılacaq
    • 8-05-2021, 17:21
    • 273

Bu tələbələrin təhsil haqlarının ödənilməsinə başlanılacaq

"Hazırda hökumətin müvafiq qərarı ilə sosial cəhətdən az imkanlı və həssas təbəqədən olanların əvvəlki semestrlərdə olduğu kimi təhsil haqlarının ödənilməsinə başlayacağıq".

News24.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bu prosesin avtomatik şəkildə həyata keçiriləcəyini qeyd edib: "Çünki əvvəlki semestirdən insanlar artıq Təhsil Nazirliyinə müraciət ediblər".