"O səs"in azyaşlı iştirakçısı öldü - FOTO
    • 31-10-2018, 10:45
    • 770

"O səs"in azyaşlı iştirakçısı öldü - FOTO

Türkiyədə yayımlanan "O ses çocuklar" mahnı müsabiqəsinin balaca iştirakçısı ölüb.

News24.az xəbər verir ki, Nazar Nur Kayanın vəfat etməsi barədə məlumatı həmin verilişin digər iştirakçısı Şahin Kendirci yayıb.

Verlişdə münsif olan müğənni Hadisə Nazarla bağlı kövrək paylaşım edib. O, qızın şəklini paylaşaraq "Sözün bitdiyi yer. Səninlə bir yerdə çalışdıq, zaman keçirdik. İndi isə mələk olub, uçub getdin. Allahdan güc və səbr diləyirəm" yazıb

Qeyd edək ki, Nazar Nur Kaya mədə ağrısı ilə müraciət etdiyi xəstəxanada 6 gün müalicə aldıqdan sonra dünyasını dəyişib.