"Əsgərə məktub" layihəsi davam edir - FOTO
    • 13-05-2021, 16:19
    • 466

"Əsgərə məktub" layihəsi davam edir - FOTO

"ASAN könüllüləri" Təşkilatının "Əsgərə məktub" layihəsi davam edir.

News24.az xəbər verir ki, vətəndaşlarımız tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Azərbaycan Xüsusi Təyinatlılarının Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.

Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan "Komando" verilişi çərçivəsində baş tutub.