Rusiyadan Azərbaycan və Ermənistana təklif
    • 19-05-2021, 10:34
    • 491

Rusiyadan Azərbaycan və Ermənistana təklif

Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələsinin müzakirəsində vasitəçi olmağı təklif edib. 

News24.az
xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddinovla birgə mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən gün KTMT xarici işlər nazirlərinin qeyri-formal rejimdə işinə başlanılıb: "Görüşün gedişində dünən axşam erməni həmkarlarımızın xahişinə baxılıb. Bu xahiş əsasında biz İrəvanla Bakı arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”.

Həmçinin Sergey Lavrov tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yardımını təklif edib.

Məsələ ilə bağlı Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, Rusiyanın komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə biləcəyini nəzərə çatdırıb.