"Şəhidimiz Xudayar məni qorumaq üçün..." - VİDEO
    • 19-05-2021, 10:46
    • 499

"Şəhidimiz Xudayar məni qorumaq üçün..." - VİDEO

Müğənni Damlanın illər əvvəl lentə alınan videosunu yayılıb.

News24.az xəbər verir ki, sözügedən görüntüdə şəhid Xudayar Yusifzadə olub.

İfaçı görüntüləri sosial şəbəkədə paylaşaraq bunları yazıb: "Sizdən hədsiz dərəcədə xahiş edirəm, mənim dinləyicilərimi təhqir etməkdən vaz keçin. Bu video indi diqqətimi çəkib. Arxa fondakı Xudayar imiş... Məni qorumaq üçün maşına əyləşin deyir. Dəyərli qardaşım, Allah şəhadətini qəbul etsin. Mənim dinləyicilərimi təhqir edən, zövqsüzlükdə günahlandıran, "musiqidən, kitabdan xəbəri yoxdur" deyən sənətçi dostlarıma (bəzilərinə) bildirmək istərdim ki, Allahdan sizə də əfsanəyə dönmüş Xudayar, tarixə düşən Aminlər kimi dinləyicilər arzu edirəm".