Binə Atçılıq Mərkəzindən 4 min dollarlıq iki yəhər və yüyən oğurlandı
    • 19-05-2021, 14:35
    • 257

Binə Atçılıq Mərkəzindən 4 min dollarlıq iki yəhər və yüyən oğurlandı

Binə Atçılıq Mərkəzindən dəyəri 4 000 ABŞ dolları məbləğində iki ədəd yəhər və yüyən oğurlanıb.

News24.az xəbər verir ki, bundan başqa 8 kisə arpa yemi və eyni sayda ot tayı aparılıb. Hadisə gecə saatlarında baş verib.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araba izləri ilə müəyyənləşdirilib ki, oğurluğu qonşuluqda yaşayan şəxs edib. O, şübhəli şəxs qismində dindirilmək üçün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılıb.

Araşdırmalar davam etdirilir. /Report.az/