Məktəblərin ətrafında xüsusi xəbərdarlıq zolaqları çəkildi
    • 28-05-2021, 14:35
    • 444

Məktəblərin ətrafında xüsusi xəbərdarlıq zolaqları çəkildi

"Tarqovı" kimi tanıdığımız Nizami küçəsinin müəyyən hissəsində piyada keçidi zolaqları çəkilib. Zolaqların üzərində isə "Məktəb yavaş" sözləri qeyd edilib. Bu zolaqların daha hansı küçələrdə və hansı məqsədlə çəkildiyini öyrənmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirdi ki, sözügedən zolaqlar xüsusilə də, məktəb ətrafı çəkilib və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "Burda məktəblərin ətrafında piyada yol təhlükəsizlik səviyyəsinin artırılmasından söhbət gedir. Bu təcrübə bizdə bir neçə dəfə olub. Artıq bir neçə məktəbin ətrafında bu cür nişanlar qoyulub. Həm sürət həddinin aşağı endirilməsi, həm də yollarda əlavə olaraq sürücülərin diqqətini cəlb etmək üçün bu cür marifləndirici yazılardan istifadə olunub. Buna qədər Səbail rayonu 189, 190 nömrəli məktəblərin, həmçinin də Nizami rayonu ətrafında olan məktəblərin qarşısında bu cür zolaqlar çəkilib. Yəni əsasən, yol kənarına daha yaxın məktəblərin ətrafında bu cür nişanlardan istifadə olunub. Bundan sonra da təhlükəzlik məqsədi ilə bu cür zolaqlar çəkiləcək".