Şengen vizası almaq çətinləşir
    • 31-05-2021, 15:33
    • 367

Şengen vizası almaq çətinləşir

Şengen bölgəsinə daxil olmaq üçün qısa müddətli viza müraciətində şəxslərin yoxlanılmasında istifadə edilən VIS viza məlumat sisteminə dəyişiklik edilib.

News24.az
xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Şurası bununla bağlı qərarı təsdiqləyib. 2011-ci ildən bəri fəaliyyət göstərən VIS viza informasiya sisteminin modernləşdirilməsinin təhlükəsizlik xidmətləri, miqrasiya və sərhəd xidmətləri tərəfindən viza müraciəti edənlərin məlumatlarının daha dəqiq şəkildə yoxlanılmasına imkan yaradacağı düşünülür. Dəyişikliyin qüvvəyə minməsi üçün sənəd Avropa Parlamenti tərəfindən təsdiqlənməli, imzalanmalı və Avropa Birliyinin rəsmi jurnalında dərc edilməlidir.