Diqqət: Çimərliklərdə yalnız bu şərtlə sahibkarlıqla məşğul ola biləcəksiniz
    • 1-06-2021, 16:42
    • 305

Diqqət: Çimərliklərdə yalnız bu şərtlə sahibkarlıqla məşğul ola biləcəksiniz

“Bilirsiniz ki, pandemiya dövründə yaşayırıq. Bu dövrdə Operativ Qərargahın müvafiq qərarları var. Onlardan biri də çimərlikılərə aiddir. Çimərliklərdə də eynən ara məsafəsinin gözlənilməsi, şəxsi gigiyena qaydalarına əməl edilməsi, dezinfeksiyaedici məhlullardan istifadə olunmasına mütləq əməl edilməlidir”. 

News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” hesabında yayımlanan “Ekspert saatı” verilişində Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, həmin ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar da müəyyən tələblərə riayət etməlidirlər: “Misal üçün yarana biləcək məişət tullantılarının toplanması, vaxtında daşınması, zərərsizləşdirilməsi üçün yerli icra hakimiyyəti orqanlarının Mənzil Kommunal Təsərrüfat Departamentləri ilə müqavilə imzalamalıdırlar. Eyni zamanda dezinfeksiya şöbələri ilə müqavilə bağlanmalıdır”.