Yerevanın mərkəzində güllələnmə - Deputat Paşinyanı GÜNAHLANDIRDI
    • 2-06-2021, 12:22
    • 367

Yerevanın mərkəzində güllələnmə - Deputat Paşinyanı GÜNAHLANDIRDI

Yerevanın mərkəzində güllələnmə hadisəsi baş verib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə müstəqil millət vəkili Naira Zohrabyan "Facebook" hesabında məlumat verib. O, bu hadisədə Baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyan hakimiyyətini günahlandırıb: "Yenidən 90-cı illərdə olduğumuzu hiss etdim. Paşinyan hakimiyyəti ölkədə idarəolunmaz xaos yaradıb. Kim kimi istəsə güllələyir".

Bildirilir ki, güllələnən şəxs kriminal avtoritet Artur Asatryanın (Don Pipo) əhatəsində olan Ovo adlı biridir.