Sabahdan bu marşrut xəttində ödəniş daha nağd olmayacaq
    • 2-06-2021, 13:53
    • 495

Sabahdan bu marşrut xəttində ödəniş daha nağd olmayacaq

Müntəzəm marşrut xətləri üzrə avtobusların BakıKarta inteqrasiyası davam edir.

BNA-dan News24.az-a verilən məlumata görə, 3 iyun tarixindən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - “Koroğlu” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:


Səfəvilər küçəsi 70;
Gülüstan  küçəsi 47A;
Sabunçu qəs-Şəhər şosesi.