-
- 3-11-2018, 10:18
- 3 292
Könül "Yalan dost"lar üçün oxudu
Açıqlama verən Xanəndə Könül Məmmədli daha bir bəstəkar mahnısını repertuarına əlavə edib.
Lirik janrda olan "Yalan dost" mahnısının söz və musiqisi Arif Səlimova, aranjimanı İlkin Həsənə məxsusdur.
Könül, günümüzün reallığını əks etdirən mövzu barəsində fikirlərini belə dilə gətirib: “Hər birimizin həyatında güvənilən insanlarla yanaşı, xəyanətkar və etibarsız dostlar var. Çox sevdiyim şair Ramiz Rövşənin yalançı dostlara həsr etdiyi şeirini yəqin ki, çoxları əzbər bilir. Ramiz müəllimin yaradıcılığının vurğunu kimi bəstəkardan xahiş elədim ki, üzdə dost kimi görünənlərə ünvanlı mahnı yazsın. Arif Səlimov müəllifi olduğu əsərdə Ramiz Rövşənin şeirindən bir bənd istifadə etdi və öz səsi ilə mahnının ortasında onu səsləndirdi. İnanıram ki, "Yalan dost" kifayət qədər dinləyici marağına səbəb olacaq".
Məlumat üçün bildirək ki, Könül Məmmədli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin "Solo oxuma və xanəndəlik fakultəsi"nin bakalavr pilləsində təsil alıb. O, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasında keçirilən "Muğam müsabiqə"sində iştirak edib. Xalq artistləri Əlibaba Məmmədov, Səkinə İsmayılova və əməkdar artist Qəzənfər Abbasovdan ustad dərsləri alan K.Məmmədli, sözügedən musabiqəsinin laureatı və diplomantı seçilib.
İstedadlı ifaçı, 2015 - 2017 illərdə magistr pilləsi üzrə təhsilini Azərbaycan Milli Konservatoriyasının “İfaçılıq” fakultəsinin tərkibində olan "Solo Oxuma" kafedrasında davam etdirib. Onlarla Avropa ölkəsində, eləcədə Amerikada keçirilmiş festival və tədbirlərdə Azərbaycanı təmsil edən Könül Məmmədlinin Bakıdakı ilk konserti, AzTV Mədəniyyət kanalının təşəbbüsü ilə 2018-ci ilin 11 iyununda Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutub.
News24.az