Türkiyədən gələn "Hədiyyə karvanı"nın yeni ünvanı Mingəçevir olacaq
    • 8-06-2021, 15:59
    • 271

Türkiyədən gələn "Hədiyyə karvanı"nın yeni ünvanı Mingəçevir olacaq

Sabah,  9 iyun tarixində saat 10:45-də Mingəçevir "ASAN Həyat" kompleksində "Hədiyyə karvanı" layihəsi ilə bağlı növbəti tədbir gerçəkləşdiriləcək. 

News24.az xəbər verir ki, şəhidlərimizin övladları üçün hədiyyələrin paylanacağı tədbirdə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov da iştirak edəcək.

Tədbirin işıqlandırılması üçün regional müxbirlərə məlumat verməyiniz xahiş olunur.