"Adımdan Sevdadan 1500, Nazpəri Dostəliyevadan 4000 istəyiblər" - Rəhim Rəhimli
    • 14-06-2021, 14:47
    • 528

"Adımdan Sevdadan 1500, Nazpəri Dostəliyevadan 4000 istəyiblər" - Rəhim Rəhimli

Müğənni Rəhim Rəhimli ATV-də yayımlanan "ATV maqazin onlarla" verilişin "33 sual" rubrikasının qonağı olub.

News24.az xəbər verir ki, sənətçi söhbət əsnasında bildirib ki, həmkarlarından birinin köməkçisi onun avtomobilindən telefonunu oğurlayıb: "Səhər Sevda Yahyayeva zəng edir. Deyir, hara göndərim pulu? Deyirəm nə pul? Qayıtdı ki, yazmısan ki, təcili 1500 pul lazımdır. Nazpəri Dostəliyevadan 4 min istəyib. Sevda zəng edib ki, gəl, "Gənclik" metrosunun yanına pulu verim. Adam gəldi, tuta bilmədik, qaçdı. Amma gördük kimdir. Bir neçə saat sonra evindən tutub apardılar".