"Nişanı qaytarmışam söhbəti yalandır,  bu, telekanalın uydurmasıdır" - Nigar - FOTO
    • 14-06-2021, 15:14
    • 951

"Nişanı qaytarmışam söhbəti yalandır, bu, telekanalın uydurmasıdır" - Nigar - FOTO

Bir müddət öncə nişanlanan Əməkdar artist Nigar Şabanovanın nişanlısından ayrıldığı deyilir. Bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün xanəndə ilə əlaqə saxladıq. 

O, News24.az-a açıqlamasında yayılan xəbərin yalan olduğunu bildirib: "Yalan söbhətdir. Telekanallardan biri haqqımda yalan xəbər yayıb. Mən  bu barədə onlara müsahibə verməmişəm. Əgər əksini iddia edirlərsə, qoy sübut eləsinlər, o müsahibəni mənə göstərsinlər". 

Qeyd edək ki, xanəndə XTQ giziri ilə nişanlıdır.