İyunun 16-dan idman üzrə qabiliyyət imtahanları keçiriləcək
    • 14-06-2021, 18:05
    • 449

İyunun 16-dan idman üzrə qabiliyyət imtahanları keçiriləcək

16 iyundan etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) News24.az-a verilən məlumata görə, məşqçilik (61) və fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (Forma-86).

İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.