Sabirabadda HƏMKƏNDLİSİNİ BIÇAQLAYAN şəxs saxlanıldı
    • 14-06-2021, 18:18
    • 332

Sabirabadda HƏMKƏNDLİSİNİ BIÇAQLAYAN şəxs saxlanıldı

Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs müəyyən edilərək saxlanılıb.

News24.az xəbər verir ki, gecə radələrində Sabirabadda münaqişə zəminində Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif Böyükxan oğlu həmkəndlisi 1996-cı il təvəllüdlü Abbasov Kərəm Abbas oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən sonuncu hadisə yerindən yayınıb.

Şirvan xəstəxanaına yerləşdirilən Y.Qubadov orda əməliyyat olunub və ilkin ifadəsində iribuynuzlu heyvanın hücumuna məruz qaldığını bildirib. Lakin araşdırmalar zamanı onun həmkəndlisi tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı Kərəm Abbasov bu gün polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.