İran yeni prezidentini seçir
    • 18-06-2021, 08:39
    • 431

İran yeni prezidentini seçir

İranda dövlət başçısı vəzifəsi uğrunda 4 namizədin mübarizə apardığı 13-cü prezident seçkiləri start götürüb.

News24.az xəbər verir ki, ölkədə təxminən 66,8 min seçki məntəqəsi açılıb. Seçkilərdə iştirak edə biləcək ölkə vətəndaşlarının ümumi sayı 52,31 milyon nəfərdir.

Həmçinin xaricdə yaşayan İran vətəndaşları üçün dünyanın 133 ölkəsində səsvermə imkanı yaradılıb. 

Qeyd edək ki, İranın hazırkı prezidenti Həsən Ruhani seçkilərdə namizəd kimi iştirak etmir. Buna səbəb isə onun prezident vəzifəni ardıcıl iki dəfə icra etməsidir.