-
- 6-11-2018, 10:10
- 896
Rusiya qırıcısı ABŞ təyyarəsinə təhlükəli anlar yaşatdı - VİDEO
ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanlığı bəyan edib ki, Rusiyanın Su-27 qırıcısı Qara dəniz akvatoriyasında EP-3 Aries təyyarəsinin qarşısını kəsib.
Hadisənin noyabrın 5-də baş verdiyi bildirilir.
ABŞ tərəfi iddia edir ki, təyyarə beynəlxalq sular üzərində uçuş həyata keçirsə də, Su-27 olduqca yaxın məsafədə uçub və bununla da ABŞ-a məxsus hava nəqliyyat vasitəsinin pilot və ekipaj üzvləri üçün təhlükəli vəziyyət yaradıb.
Bildirilir ki, təhlükəli vəziyyət 25 dəqiqə davam edib. Ekipaj bunun nəticəsində turbulent durumun yarandığı, habelə təyyarənin silkələndiyi barədə məlumat verib.
Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.
//Oxu.az