Lənkəranda qohumlarını güllələyərək öldürdü
    • 25-06-2021, 12:48
    • 280

Lənkəranda qohumlarını güllələyərək öldürdü

DİN Lənkəranda iki qohumunu güllələyərək öldürən şəxsin saxlanması barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub.

Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.