Zərdabda narkotik tərkibli bitkilər aşkar edildi
    • 28-06-2021, 13:19
    • 388

Zərdabda narkotik tərkibli bitkilər aşkar edildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.