Bakı, Tovuz və Yevlaxda “Xaşxaş-2021” əməliyyatı keçirildi
    • 12-06-2021, 13:02
    • 358

Bakı, Tovuz və Yevlaxda “Xaşxaş-2021” əməliyyatı keçirildi

Narkotiklərlə bağlı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.İsayevin həyətindən 126 ədəd çətənə kolu və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Həmçinin Tovuz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hunanlar  kəndi ərazisində yabanı halda bitmiş 885 kiloqram çəkidə 4783 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. 

Eyni zamanda Yevlax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Səlimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.