Milli Xalça Muzeyi ziyarətçiləri üçün aksiya keçirir
    • 30-06-2021, 11:46
    • 359

Milli Xalça Muzeyi ziyarətçiləri üçün aksiya keçirir

Milli Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir.

Muzeydən News24.az-a verilən məlumata görə, ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.
Aksiyaya qoşulmaq üçün:

- muzeyin sosial şəbəkələrdəki səhifələrini "like" etmək

- elanı öz səhifənizdə paylaşmaq;

- Linkə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır

https://forms.gle/NBWXfY3RFqpSaEtt6
Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.