"Ona bir gün yazıram, beş gün yazmıram..." - ELDAR
    • 30-06-2021, 15:30
    • 1 190

"Ona bir gün yazıram, beş gün yazmıram..." - ELDAR

Gənc müğənni Eldar Qasımov "MTV Azərbaycan"da yayımlanan "Üzə-düz" verilişində qonağı olub.

News24.az xəbər verir ki, veriliş əsnasında evlənmə mövzusu açılıb: "Camaatın qohumları, mənim də dostlarım deyir nə vaxt atırsan bu subaylığın daşını? Bilirsiniz,  mən xanımsız da xoşbəxtəm. Həyatımda elə gözəl insanlar var ki... Əsas da mənim işim var, məni qanadlandırır, uçurur. Eniş-yoxuş hər bir insanda olur, amma naşükürlük etmək olmaz. İndi xoşbəxtəmsə, nəyə görə risk etməliyəm? Nəinki ailə həyatı, ümumiyyətlə, münasibətlər riskli bir şeydir. Son zamanlar kimləsə münasibətdə olmaq istəyəndə tərəddüd edirəm. Baxıram, götür-qoy edirəm, bir gün yazıram, 5 gün yazmıram. Sınayıram. Sonra deyirəm əşi nəyimə lazım, oturmuşam da yerimdə? Ailəm yanımda. Hər dəqiqə məni axtarır... Amma bəzən də xoşbəxt cütlük görəndə deyirəm kaş məndə də olaydı. Mən hazıram, amma sağlam münasibətlərə... Bir-birimizi dəstəkləməliyik. Elə peşə sahibiyəm ki, mənimlə olan insan anlamalıdır ki, ömrünün 80 faizini mənə bəxş etsin! İndi də sevgilim var, bilmirəm nə dərəcədə ciddidir. 1 ildən çoxdur ki, var. Yeni deyil, amma həmişəki kimi mən hər münasibətdə yeniyəm. Gülür. Yenə də sınaq dönəmini yaşayıram. Mən gündə biri ilə danışıb, ayrılmaq istəmirəm. Bir məsələ də var, mən məcbur edə bilmərəm kimsə mənə dözsün. O zaman o insanla məndə çətin olsa mən ayrılıram, nə qədər də ağır olsa. Görürəm ki, bu insan özünü, mənliyini itirir. Həm də belə münasibətlər olub ki, mən özümü itirirdim. Ona zaman ayırıb, yanına qaçıb, bağlanırdım. Musiqini, peşəmi bada verirdim, sanki sənətimi satırdım. Heç bir xanım işimdən önə keçə bilməz. Karyera, musiqi, heç vaxt sənə yataqda üzünü çevirməz, səni satmaz, ziyan verməz! Uşaqları çox sevirəm, dostlarım deyir ki, məndən çox yaxşı ata çıxar. Ciddi, qayğıkeş, hətta sərt də ola bilərəm!"

İfaçı Azərbaycan şou-biznesindən də danışıb: "Eurovisionda çıxış etməsə idim, mən heç vaxt Azərbaycan şou-biznesinə qatıla bilməzdim, qatılmazdım da. Seçim turlarına qatıldım ki, ölkəmizi təmsil edim. Başqa cür qatılmazdım. O vaxtkı müğənnilərlə müqayisədə mənim tərzim tam başqadır, bilmirdim ki, mən necə qiymətləndiriləcəm. Bəlkə də burada üslubumu geniş kütlə qəbul etmir. Ona görə də mənə geniş, xüsusi bir səhnə lazım idi ki, orada ulduzum parlasın. Bizim şou-biznes üçün mən fanatlarımın qəlbində mərkəzdəyəm. Sevmirəm bizdə olan o yersiz rəqabəti. Hansı ki, bir-birin toyunu bururlar, mən ona şou-biznes deməzdim. Mənim üçün realiti şoudur. Bizdə olan toy biznesidir, bu həqiqətdir. Sən ki fanaqramla gedib toyda oxuyursan... Mən də gedirəm, amma bunu biruzə vermirəm. Toya getməyimi karyeramın pik nöqtəsi hesab etmirəm. Yan fəsaddır, sadəcə gəlir üçün!"

Eldar həmkarı Nigar Camaldan söz açıb: "Müsabiqədən sonra başıma bir hadisə gəldi. Taksidə oturmuşdum, sürücü dedi ki, Nigarla nə zaman evlənirsiz? Təəccübləndim. Dedim, Nigarın uşaqları var. Gülür. Qələbəmizdə gəzən, əgər-məgərlər də boş şeydir. Ikimiz seçiləndə, bir-birə baxdıq ki, biz nə edəcəyik birgə səhnədə? Sonra isə alışmağa başladıq. Bizim bütün komanda bizə deyirdi ki, siz özünüzü elə aparmalısız ki, “love story” kimi uyğun obrazda görünə biləsiz!"

"Eurovision" qalibi müsabiqədən də bəhs edib: "Bu 1-2 il ərzində yenidən çıxış üçün təklif almışam. Həm də tək olaraq. Heç harda bunu demirdim. O müsabiqədə ki, mən hər şeyi etdim, qələbə qazandım, orada nə gəzirəm mən?!"

İfaçı söhbət əsnasında atasının dəstəyindən danışıb: "Çoxları bilmirdi ki, atam həkimdir. Onun dəstəyi sonsuzdur. Hərdən deyirəm ki, ata, bəlkə başqa tərzdə oxuyum? Deyir ki, yox oğlum, nəyi yaxşı bilirsənsə onu et. Səndə xarici mahnılar daha yaxşı alınırsa, onu et! Başqa şeyə keçmə. Birdən səndən yaxşısı olar! Amma sən bilirsən ki, bu sahədə səndən yaxşısı yoxdur! Sən bu istiqamətdə ol. Birinciliyi heç kimi vermə!"