70 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirildi
    • 6-07-2021, 17:17
    • 528

70 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Bakıda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

News24.az-a bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.