Bakıda bir il boyunca astmadan müalicə alan uşaqdan oyuncaq təkəri çıxdı - Video
    • 8-07-2021, 14:05
    • 2 530

Bakıda bir il boyunca astmadan müalicə alan uşaqdan oyuncaq təkəri çıxdı - Video

Bakıda azyaşlı həkim məsuliyyətsizliyi ilə üz-üzə qalıb.

News24.az xəbər verir ki, hazırda 8 yaşında olan İbrahim Mirzəyev ötən ilin avqust ayında oyuncaq maşının təkərini udub. 1 həftə sonra uşaqda boğulma və öskürək yaranıb. Azyaşlının ailəsi bir neçə tibb müəssisəsinə müraciət edib və İ.Mirzəyevin rentgen cavablarından sonra ona astma diaqnozu qoyulub və müalicə kursu başlayıb. 

İbrahim Mirzəyevin anası Şəfəq Məmmədova bildirib ki, müalicənin faydası olmayıb: “Müraciət etdiyim bütün həkimlərə övladımda oyuncağın təkərini udduqdan sonra bu halların baş verdiyini demişəm. Rentgen olunsa da hər şeyin qaydasında olduğunu bildirdilər. Xırıltı və öskürəyin allergiya ilə əlaqəli olduğunu dedilər. Başqa bir klinikada isə bir neçə sual-cavabla astma diaqnozu qoyuldu. Nə rentgen, nə də KT, ümuniyyətlə tam müayinə də olunmadı. Soruşdular ki, nəslinizdə astmadan əziyyət çəkəın var? Dedim ki, bəli var. Dedilər ki, o zaman genetikdir. Bir il övladımı xəstə olmadığı halda astmadan müalicə etdirdim”.
 
Ş.Məmmədova daha sonra uşaq cərrahı Aqil Abilova müraciət etdiyini və bu zaman həqiqəti öyrəndiyini bildirib: “Müayinə zamanı İbrahimin öskürəyinə səbəbin təxminən 1 il öncə udduğu təkər olduğu bilindi.  Endoskopik yolla əməliyyat olundu. Əməliyyatın növbəti günü isə həmin əlamətlər artıq yox idi. Görün uşaq nə qədər əziyyət çəkib ki, əməliyyatdan sonra Aqil həkimə onu bu əziyyətdən xilas etdiyi üçün təşəkkür edib ağladı”.