Ucarda mikroavtobusla yük avtomobili toqquşdu - Ölən və yaralananlar var
    • 9-07-2021, 09:18
    • 521

Ucarda mikroavtobusla yük avtomobili toqquşdu - Ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən News24.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.