"Kontakt Home"un müştəriyə qarşı rüsvayçı ƏMƏLİNİN CƏZASI AÇIQLANDI
    • 7-11-2018, 18:24
    • 1 692

"Kontakt Home"un müştəriyə qarşı rüsvayçı ƏMƏLİNİN CƏZASI AÇIQLANDI

Ötən gün “Kontakt Home” mağazalar şəbəkəsinin ona borcu olan müştərisini açıq şəkildə rüsvay etməsi ictimaiyyətdə geniş müzakirə olunur.

Mağazanın müştərinin fotosunu, şəxsi məlumatlarını elan şəklində paytaxtın müxtəlif yerlərində yapışdırması sərt şəkildə qınanılıb. Bu hərəkət hörmətsizlik və rüsvayçılıq kimi dəyərləndirilib. Hətta mağazalar şəbəkəsinin bu işdən məsuliyyət daşıyan şəxsləri haqqında məhkəmə işi açılması müzakirə mövzusu olub.

Məsələnin hüquqi tərəflərini hüquqşünas Səməd Vəkilov ilə dəqiqləşdirdik.

Hüquqşünas bildirdi ki, Mülki Məcəlləyə görə, mağazalar şəbəkəsinin müştəriyə bu cür davranışı qanun pozuntusu hesab edilir və burada bir neçə qanun pozuntusundan söhbət gedir:

“Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxsin işgüzar nüfuzunu, şərəf və ləyaqətini qoruması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Bu halda konkret olaraq həmin fiziki şəxs məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilər. Amma burada digər məsələlər də var: “Kontakt Home” mağazalar şəbəkəsinin məsul şəxsi açıqlamasında bildirir ki, divara yapışdırılmış elanlarda həmin şəxsin polisin axtarışına verilməsi qeyd edilib. Bu özü də bir qanun pozuntusudur. Ona görə ki, polisin axtarışına verilmək əməliyyat-axtraış fəaliyyəti haqqında qanunla tənzimlənən bir hüquqi anlayışdır və məxfi məlumatdır. Yəni, polisin kimisə axtarışa verməyini yaymaq özü də anormal pozuntu halıdır.

Bundan başqa, əgər həmin borclu şəxsin məhkəmə qətnaməsi ilə borcluluğu tanınıbsa, "Məhkəmə qərarlarının icrası" haqqında qanuna görə, işlə icra və probasiya şöbəsi məşğul olmalıdır. Qətnamə icra üçün adıçəkilən şöbəyə təqdim edilməli və könüllü icra müddəti müəyyən edilməlidir. Bu icra edilmədikdə isə məcburi icra tədbirləri həyata keçirilir. Bu, qanuni prosedurdur. Məcburi icra tədbirlərində artıq polisin də inzibati və cinayət məsuliyyətinə cəlb etmə hüququ var. Lakin bu formada elan vermək doğru deyil.
Şəxsinin özünün harasa borclu olması məlumatı belə onun şəxsi həyatının sirri sayılır. Bu mənada, həm də şəxsi həyata müdaxilə hesab etmək olar. Həm Cinayət Məcəlləsi, həm də "İnsan hüquq və azadlıqları haqqında" Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, deyə bilərik ki, şəxsi həyata müdaxilə yolverilməzdir. Şəxsin həm borclu olması barədə, həm polisin məxfi axtarış məlumatlarının yayılması, həm də müştərinin fotoşəklinin icazəsiz formada yayılması qanun pozuntusudur.
Vəkil qeyd edib ki, əvvəlcə bu qanun pozuntularına yol verən şəxsin kimliyini müəyyənləşdirmək lazımdır. Konkret onun törətdiyi əmələ görə məhkəmə işi açıla bilər. Həmin işçisinin davranışına görə mağazalar şəbəkəsinin məsul şəxslərini yalnız səhlənkarlıqda təqsirləndirmək olar.
"Qanun pozuntusuna yol verən şəxsə Cinayət Məcəlləsinin 116- cı maddəsinə əsasən, əgər vəzifəli şəxsdirsə üç ilədək həbs, fiziki şəxsdirsə, bir ilədək şərti cəza verilə bilər”.