Beyons azərbaycanlı modelyerin geyimində - FOTOLAR
    • 8-11-2018, 16:24
    • 1 027

Beyons azərbaycanlı modelyerin geyimində - FOTOLAR

Ötən gün ABŞ-da Konqres üçün ara seçkiləri keçirilib.

News24.az xəbər verir ki, dnyaca məşhur müğənnilər də seçkilərlə bağlı çağırışlar edib. Onların sırasında dünyaca məşhur ifaçı Beyonce da olub. O, şəxsi instagram hesabında başında Türkiyədə çalışan azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasından olan kepkalı şəkillərdən ibarət video-çarx ilə izləyicilərini səsverməyə çağırıb: “Məndən öncə bizə səsvermə haqqı  üçün mübarizə aparan hər kəsə minnətdarlığımı bildirirəm. Biz, narazılığımız və məyusluğumuzu səsvermə olmadan, gücümüzü göstərmədən düzgün edə bilmərik. Sən bizə lazımsan. Hər birimizin bir-birimizə ehtiyacı var. Çünki biz birlikdə olanda bizi heç kim saxlaya bilməz. Sizə bu xoşbəxt seçkilər günündə  bütün sevgimi və pozitiv hisslərimi yollayıram. Hər səs əhəmiyyətlidir. Hər irq əhəmiyyətlidir. Hər yerdə”.

Teymur Məmmədov