İyulun 27-28-də I və IV qruplar üzrə qəbul imtahanları keçiriləcək
    • 15-07-2021, 18:13
    • 323

İyulun 27-28-də I və IV qruplar üzrə qəbul imtahanları keçiriləcək

İyulun 27-28-də I, 28-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak edəcək abituriyentlər https://eservices.dim.gov.az/brxv linkinə daxil olub buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni çap edə bilərlər.